Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilməyib

Ötən ay ölkədən çıxışına qadağa qoyulan 495 nəfərin Azərbaycanı tərk etməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, ölkəyə girişinə qadağa qoyulan 15 nəfərin isə Azərbaycana daxil olmasına icazə verilməyib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 275 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

01.05.2024 16:09
712