Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil bu yaxınlarda Acun Ilıcalının müxbirlikdən necə bu qədər tez yüksəldiyini soruşaraq "çirkli pulların yuyulmasına" işarə etməsi gündəm olmuşdu.
Musavat.com xəbər verir ki, Mehmet Ali Erbilin bu eyhamına Acun Ilıcalıdan cavab gecikməyib.
"Bəxt çarxını fırlatmağına icazə vermədiyimiz üçün əsəbiləşir, bunu anlayırıq. Niyə prodüserlə aparıcının eyni pulu qazanacağını düşünürük?",-deyə Acun Ilıcalı bildirib.
Qeyd edək ki, bu yaxınlarda verdiyi müsahibədə Acun Ilıcalı haqqında təəccüblü şərhlər edən Mehmet Ali Ərbil “Onun niyə media rəhbəri olduğunu açıqlaya bilmərəm” deyərək, çirkli pulların yuyulmasına eyham vurub. Bu açıqlamadan sonra diqqət çəkən Acun Ilıcalı Ərbilin onun haqqında dediyi sözlərə sərt cavab verib.
Acul Ilıcalı ilə bağlı daha bir məlumat son günlər gündəmdən düşmür. Belə ki, 2018-ci ildə cinayət təşkilatı yaratmaq ittihamı ilə 8658 il həbs cəzası alan Adnan Oktarın Acul Ilıcalı ilə birlikdə arxiv fotosu yayılıb.
Adnan Oktarla eyni kadrda görüntülənən Acun Ilıcalı 19-20 yaşlarında Adnan Oktarın yanında olduğunu etiraf edib.
Eyni zamanda o, sərvətinin Adnan Oktardan gəldiyinə dair iddialara da cavab verib.
"19-20 yaşım var idi. Adnan hoca ilə anam rəhmətə gedəndən sonra 1,5-2 il görüşdüm. Sonra onları tərk etdim”, - deyə Acul Ilıcalı bildirib.
Musavat.com