Çinli olimpiya mükafatçısı restoranda ofisiant işləyir

Çinli olimpiya mükafatçısı Çjou Yasin restoranda ofisiant işləyir.

Oxu.Az xəbər verir ki, bu barədə "World of Buzz" məlumat yayıb.

Müəssisənin Çjou Yasinin valideynlərinə məxsus olduğu qeyd edilir.

Məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Olimpiadada gümüş medal qazanan gimnast vətənə qayıdıb və restoranda ofisiant işləməyə davam edib. Məşqdən asudə vaxtlarında 18 yaşlı idmançı qonaqlara xidmət edir.

16.08.2024 07:56
934