Çinli general: Dünya okeanları güc nümayişi üçün arena olmamalıdır

Dünya okeanları döyüş və güc nümayişi meydanına çevrilməməlidir, çünki tarix dənizdə hakimiyyət uğrunda mübarizənin bəşəriyyətə ancaq iztirablar gətirdiyini göstərir.

Bu barədə Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Çjan Yusya bildirib.

O, okeandan dinc məqsədlərlə istifadənin bəşəriyyətin inkişafına töhfə verdiyini, onun nəzarəti uğrunda mübarizənin isə ancaq bədbəxtlik gətirdiyini vurğulayıb.

“Dünya okeanları güc nümayişi və qarşıdurma üçün deyil, dinc yanaşı yaşamaq və ümumi maraqların möhkəmləndirilməsi platformasına çevrilməlidir. Bu gün qlobal okean idarəçiliyi yeni problemlərlə üzləşir və okeanın təhlükəsizliyini və inkişafını təmin etmək üçün bir araya gəlməlidir. Çin ordusu həmişə beynəlxalq əməkdaşlığı dəstəkləyib və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib”.//report.az

22.04.2024 08:29
429