Çinin yuanının dəyərini “yuyan cin” – ABŞ şişməkdə olan nəhəngi durdurmaq istəyir

Çinin milli valyutasının kəskin dəyərsizləşməsi bir baxımdan həm gözlənilməz, həm də gözlənilən idi.

Bütün dünya Çin iqtisadi fenomeninin şahididir. A-dan – ABŞ-dan ta Z-yə, Zambiyaya qədər dünyanın əksər dövlətləri Çinə milyardlar borcludur. Dünya iqtisadçıları bu ölkənin iqtisadiyyatının görünməmiş bir şəkildə çiçəkləndiyindən danışır, bu templə Çinin yaxın illərdə şəriksiz dünya nəhənginə çevriləcəyini proqnozlaşdırırdılar.

b69c97a47eca9cfca4b369672df3e2d6.jpg (246 KB)

Ona görə də bu gün Çin valyutası olan yuanın dollar qarşısında 2007-ci ildən bəri ən aşağı həddə düşməsi qəribə görünə bilər. Çinin özündə məsələni belə izah edirlər ki, ölkənin xarici ticarət dövriyyəsinin müsbət saldosu, idxal və ixracı azalıb.

Ancaq yuanın dəyər itirməsinin bir çox siyasi dairələr üçün gözlənilməz olmaması isə onunla bağlıdır ki, illərdir, buna çalışanlar, Çinin xarici ticarət dövriyyəsinin müsbət saldosuna qarşı salto vurmaq istəyənlər vardı və indi onlar “zəhmətlərinin bəhrəsini” görürlər.

Çinin iqtisadi qüdrətinin sarsılması istəyən və buna çalışan 1-ci dövlət ABŞ-dır.

Hələ eks-prezident Donald Trampın hakimiyyətə gəldiyi ilk günlərdə o, ölkəsinin xarici siyasət kursunu elan edərkən, ABŞ-ın “dostlar”ı və “düşmənlər”ı siyahısına yüngülvari əl gəzdirmiş, “düşmənlər” qrafasında Çini Rusiyadan önə keçirmişdi.

53513085_905.jpg (48 KB)

O zaman ABŞ-ın özündə və dünyada bunu Trampın Rusiyaya meylliliyi, hətta Moskvanın əlində ona qarşı ciddi kompromatların (o cümlədən seks videolarının) olması ilə əlaqələndirirdi. Ancaq Tramp hər fürsətdə bəyan edirdi ki, Çindən gələn təhlükə Rusiyanın yarada biləcəyi təhlükədən daha ötədir.

O, Çinin bütün istehsal sahələri üzrə ABŞ-a və digər dövlətlərə ciddi rəqabət yaratdığını, bu templə hətta hərbi-sənaye kompleksi üzrə də hamını üstələyəcəyini bildirir, bu dövlətin əl-ayağının çidarlanmasını zəruri sayırdı.

Çin ABŞ-ın nüfuz dairəsində olan heç bir dövlətə ərazi iddiası irəli sürmür, onların daxilində hərbi çevrilişlər, qiyamlar törətmirdi. Bu dövlət bütün ölkələrdəki rejimlərlə, diktator və ya demokrat olub-olmamalarına baxmadan effektiv iqtisadi-ticarət əlaqələri qurur, onların bazarlarına nüfuz edir, ucuz materiallarla rəqiblərini sıxışdırırdı.

Məhz bu səbəbdən idi ki, ABŞ-dan Çinin şirkəttlərinə ard-arda sanksiyalar yağırdı. ABŞ təkcə “iFone” şirkətinin bazardakı maraqlarını qorumaq üçün Çinin daha ucuz və keyfiyyətli mobil telefon istehsal edən şirkətlərinin başına açmadığı oyun qalmadı.

cin-bayd.jpg (113 KB)

Bütün parametrlər üzrə Trampın antipodu olan və onun siyasi kursunu tamamilə inkar edən indiki president Cozef Baydenin administrasiyası yalnız Çinə münasibətdə Trampın izi ilə gedir, rəsmi Pekinlə konfrontasiyanı dərinləşdirir, onu ən böyük rəqibi hesab edir, hətta “xəyali və şərti düşmən” olaraq gizli şəkildə Çinlə müharibəyə hazırlaşır.

Çinə kəskin mənfi münasibət ABŞ siyasətində artıq əsas leytmotivdir. Hazırda prezidentliyə iddia edən hind əsilli amerikalı milyarder Vivek Ramasvami prezident olacağı təqdirdə xarici siyasət kursunun nədən ibarət olacağını açıqlayarkən Çinə qarşı Trampdan da kəskin olacağını, Niksonun etdiyini tərsinəsini edəcəyini bildirib.

ramasvam.jpg (151 KB)

Bəs “Nikson strategiyası” nədən ibarətdir? Ötən əsrin 60-cı illərinin axırında, 70-ci illərinin əvvəlində ABŞ-la SSRİ-nin münasibətləri növbəti dəfə gərginləşəndə ABŞ prezidenti Riçard Nikson bundan istifadə edib. SSRİ ilə Çin Damanskdakı çayın ortasında olan adanın mübahisəli ərazi hesab edilməsi üzündən az qala müharibə edəcəkləri vaxt ABŞ Çini Moskvaya qarşı qoymaq, iki kommunist ölkəsini bir-birinə düşmən etmək üçün əlindən gələni edib və demək olar ki, məqsədinə çatıb.

İndi prezidentliyə namizəd Ramasvami bildirir ki, o, prezident olsa, Rusiya ilə yaxınlaşacaq və bu müvəqqəti müttəfiqlikdən Çinin cilovlanması, iqtisadi qüdrətinin çökməsi üçün istifadə edəcək. Ukraynada müharibənin uzanacağı təqdirdə bundan qazanan yeganə ölkənin Çin olacağını bildirən Ramasvami bu barədə belə yazıb: “Mən Niksonun 1972-ci ildə etdiklərinin əksini etməklə Amerikanı əxlaqdan realizmə aparacağam: 2025-ci ildə Moskvaya gedəcəm. Mən Ukraynada sülhü bizim üçün vacib olan yeganə şərtlərlə - Amerikanın maraqlarını birinci yerə qoyan şərtlərlə təmin edəcəyəm, Rusiyanın Çinlə hərbi ittifaqdan çıxmasına çalışacağam”.

Yəni əsas məsələ bu iki dövlətin – Rusiya və Çinin uzun illərdən sonra öz-özünə alınmış təbii müttəfiqliyini yenidən pozmaq və hər ikisini təkləməkdir.

549191-273782278.jpeg (92 KB)

ABŞ siyasətində bu strateji xəttin müxalifləri, demək olar ki, yoxdur və ya çox zəifdirlər. Anqlo-sakson birliyi də bu fikirdədir. Zatən, ABŞ-ın bütün planlarında ön cərgədə yer alan İngiltərə, Avstraliya, Kanada və Yeni Zelandiya da anti-Çin xətti götürməyə pis baxmırlar. Çinin daxilindəki “uyğur problemi”ndən danışan əsasən onlardır.

Çin dövləti Böyük Çin səddini tikib başa çatdırandan bəri təqib-təzyiqə, repressiyaya, sıxışdırmalara, qətliamlara mıruz qalan uyğurların milli müqəddərat məsələsinin bu yaxın illərdə aktuallaşması heç də dünyanın bu binəsib xalqa ürəyinin yanmasına görə deyil, Sincan-Uyğur muxtar mahalının Çinin “zəif dabanı” hesab edilməsinə, bu imperiiyanın buradan vurmaq istəyinə görədir.

Ancaq Çin də təkpartiyalı system quraraq, həm klassik mənada faşist (fasio – partiya, birlik) rejiminə malikdir, həm də hakim xan millətinin dominantlığını təmin edən nasizm xətti yeridir. Bununla belə, əhalisinin sayına görə Hondistanla 1-2-ci yerləri bölüşən Çin yüz milyonlarla yeyən ağızı məhz bu cür idarəetmə üsulu ilə dolandırır. Onun daxilində kataklizmlər başlasa, insanlar iqtisadi çətinliklər üzündən kasıblasalar və aclıq təhlükəsi ilə qarşılaşsalar, bu, bəşər tarixinin ən böyük faciəsi olar.

Bir sözlə, Çinin yuanın dəyərini gözəgörünməz cin yumur, ABŞ və müttəfiqləri iri addımlarla irəliləyən bu dövlətə badalaq vuraraq büdətrmək istəyirlər.

Araz Altaylı, Musavat.com

08.09.2023 12:02
2193