2024-cü ilin iyul ayında Çinin orta gündəlik neft idxalı 9,97 milyon barel təşkil edib.
Musavat.com xəbər verir ki, bu məlumat Çin Baş Gömrük İdarəsinin statistikasında əksini tapıb.
“İnterfak”sın həmin statistikaya əsaslanan hesablamaların görə, bu, Pekinin sutkada 9,79 milyon barel idxal etdiyi 2022-ci ilin sentyabrından bəri ən aşağı səviyyədir. 2024-cü ilin iyun ayı ilə müqayisədə bu göstərici 11,8 faiz, 2023-cü ilin iyul ayı ilə müqayisədə 3,1 faiz azalıb.
Mütləq ifadədə keçən ay Çinin neft idxalı 42,337 milyon ton neft təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 8,9 faiz(46,453 milyon ton), əvvəlki ilin eyni ayına(43,677 milyon ton) nisbətən isə 13,1 faiz azdır.
2024-cü ilin iyul ayında alınan xammalın dəyəri 25,79 milyard dollar təşkil edib.
Yeddi ayda Çin 317,81 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azdır. Eyni zamanda onun alınması xərcləri 5,5 faiz artıb: 188,12 milyard dollardan 193,33 milyard dollara qədər.
Ötən ay Çinə neft məhsullarının tədarükü 3,247 milyon ton təşkil edib. Bu, iyun ayı ilə müqayisədə 9,3 faiz çox, ötən ilin iyul ayı ilə müqayisədə 27,9 faiz azdır. 2024-cü ilin iyul ayında alınan neft məhsullarının dəyəri ümumilikdə 2,15 milyard dollar təşkil edib. Pekin 2024-cü ilin yanvar-iyul aylarında 28,32 milyon ton neft məhsulları idxal edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 4,6 faiz çoxdur.
Musavat.com