Çinin dron şirkəti Pentaqonu məhkəməyə verib

Çinin mülki dron istehsalçısı DJI sanksiyalar siyahısına salındığı üçün Pentaqona qarşı iddia qaldırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, DJI bəyanat yayaraq nildirib ki, şirkət ABŞ Müdafiə Nazirliyinə qarşı Çin hərbi şirkətlərini səhv təyin etdiyinə görə məhkəməyə müraciət edib.

DJI hər zaman mülki pilotsuz təyyarələrin istifadəsini təşviq etdiyini və məhsullarının hərbi məqsədlər üçün istifadəsinə qarşı olduğunu bildirib.

Şirkət "Çin ordusuna məxsus olmadığını və ona nəzarət etmədiyini" vurğulayıb.

Musavat.com

19.10.2024 13:04
205