2024-cü ilin yanvar-iyul aylarında Çinin büdcə gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 13,6 trilyon yuana (1,9 trilyon dollar) düşüb.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
O cümlədən mərkəzi büdcəyə daxilolmalar 5,97 trilyon yuan, yerli büdcə gəlirləri 7,59 trilyon yuan təşkil edib. Birinci göstərici 6,4 faiz azalıb, ikinci göstərici 0,6 faiz artıb.
Vergi daxilolmaları 5,4 faiz azalıb ki, bu da mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün vergi güzəştlərinin tətbiqi ilə əlaqədar olub. Eyni zamanda qeyri-vergi daxilolmaları 12 faiz artıb.
Sinxua agentliyinin yaydığı məlumata əsasən Çinin büdcə xərcləri yanvar-iyul aylarında 2,5 faiz artıb.
Musavat.com