Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun martın sonunda vəzifəsini tərk edəcəyini bildirib.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
"Çinin BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyətim martın sonunda başa çatır. Beş ilə yaxın dəstəyinizə görə təşəkkür edirəm", - o, jurnalistlərə deyib.
Diplomat vurğulayıb ki, Çin həmişə BMT-ni və onun işini dəstəkləyib. Eyni zamanda, vurğulayıb ki, əsl çoxtərəfliliyə inamın bərpası və ölkələr arasında qarşılıqlı etimadı bərpa etmək lazımdır.