Çingiz Hüseynov vəfat edib

Azərbaycan SSR əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqının üzvü, yazıçı Çingiz Hüseynov vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun oğlu məlumat verib.

O bildirib ki, atası ilə sonuncu dəfə bir neçə saat əvvəl danışıblar.

Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.

Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı.

09.01.2024 02:44
1573