Çin Ticarət Nazirliyi noyabrın 15-dən Avropa İttifaqından bir sıra brendlərə qarşı müvəqqəti antidempinq tədbirlərinin tətbiq olunduğunu elan edib.
Musavat.com xəbər verir ki, məlumatı "Sinxua" agentliyi yayıb.
Bildirilir ki, qərar yanvarın 5-dən başlayan ibtidai istintaqın nəticələrinə əsasən verilib. Nazirlik qeyd edib ki, həmin məhsulların (alkoqollu içkilər, əsasən də konyak) Avropa İttifaqında istehsalçılarına subsidiyalaşma tətbiq olunduğuna görə onların idxalının çinli istehsalçılara ciddi ziyan vurma riski var.
Aİ brendi idxalçıları indi Çin gömrüyündə 30,6 faiz ilə 39 faiz arasında dempinq marjasına əsaslanaraq depozit ödəməli olacaqlar. Bu tədbirlər 200 litrdən az olan qablarda olan üzüm əsaslı spirtli içkilərə şamil ediləcək.
Çin Aİ-nin yüksək dərəcəli spirt üçün ən böyük bazarıdır. Çinə konyak idxalının əsas hissəsi Fransadan gəlir.
Qeyd edək ki, Pekin bu addımı Avropa Komissiyasının Çin istehsallı elektromobillər üçün yüksək idxal rüsumları tətbiqinə cavab olaraq atıb.
Musavat.com