Çin ordusu uzun müddət ərzində ilk dəfə olaraq Haynan adasındakı kosmodromdan Sakit okeanın cənubuna doğru ballistik raket buraxıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Çin ordusunun atdığı ballistik raketin növü məlum olub.
Məlumata görə, bu, 12000 km-ə qədər atış məsafəsi və 25 Mach sürətlə 10 nüvə başlığını hədəflərinə çatdıra bilən ən yeni "DF-41" qitələrarası ballistik raketdir.
Musavat.com