Mərkəzi Asiya ölkələri Çindən İran ərazisindən keçməklə Avropa ölkələrinə yeni nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında sazişin imzalanması üzərində işləyirlər.
Musavat.com xəbər verir ki, bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Özbəkistan tərəfinin təşəbbüsü ilə Qazaxıstan, Türkmənistan, İran və Türkiyənin nəqliyyat və dəmir yolu idarələrinin nümayəndələri arasında videokonfrans formatında danışıqlar aparılıb: “Görüşdə “Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə-Avropa” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına dair sazişin imzalanması ilə bağlı mühüm məsələlər müzakirə edilib”.
Mətbuat xidməti qeyd edib ki, tədbir iştirakçıları yeni beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasının onun bütün iştirakçılarının maraqlarına cavab verdiyi və ölkələr arasında tranzit daşımaların və ticarət əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradacağı barədə razılığa gəliblər.
Musavat.com