Çinin şərqində Jiangsu əyalətinin Yixing şəhərindəki kollecdə bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb.
Musavat.com Sinxua agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis xidməti məlumat yayıb.
Hücum noyabrın 16-da, təxminən saat 18:30-da Vuxi Ali İncəsənət və Texnologiya İnstitutunun ərazisində baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Xu hadisə yerində saxlanılıb. Yixing şəhərinin ictimai təhlükəsizlik bürosunun bəyanatında deyilir ki, o, cinayətdə günahını etiraf edib.
Polisin məlumatına görə, Xu bu il kolleci bitirib. Uğursuz imtahanlara görə məzun olmadığı üçün qəzəblənən tələbə acığını çıxarmaq üçün məktəbə bıçaqla gəlib və staj üçün aldığı maaşdan narazı qalaraq qırğın törədib.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Musavat.com