Çində qəbiristanlıq əraziləri surətlə dolur. Buna səbəb əhalinin yaşlanma tempinin artmasıdır.
Artıq əksər ailələr dəfnlə bağlı qeyri-adi, alternativ variantlar seçirlər. İnsanlar kütləvi şəkildə dənizə gedir və ölən qohumlarının külünü dəfn zamanı suya səpələyirlər. Blick jurnalı yazır ki, sahildən qayıq xidmətləri göstərən yerli sakinlər ayda ən azı 30-a qədər dəfn səfərləri təşkil edirlər.