Çində neft məhsulları istehlakı kəskin azaldı – Neft bazarında qiymət düşəcək?

Bu ilin iyununda Çində neft məhsulları istehlakı illik ifadədə 7 faiz azalaraq 32,45 milyon ton təşkil edib. Çin İnkişaf və İslahat Dövlət Komitəsinin məlumatına əsasən, azalma aviasiya kerosini və benzin üzrə daha yüksək olub: birincinin istehlakı 32,8 faiz, ikincininki isə11,5 faiz azalıb. Dizel istehlakı isə 1,3 faiz artım göstərib.

İyulun 27-də Çin hökuməti benzin və dizel yanacağının qiymətini aşağı salıb.

Rəsmi statistikaya görə, 2022-ci ilin birinci yarısında Çin neft idxalını illik ifadədə 3,1 faiz – 252,52 milyon tona qədər azaldıb. Ölkənin özündə isə bu müddətdə neft hasilatı illik ifadədə 4 faiz artaraq 102,88 milyon tona çatıb.

Qeyd edək ki, Çində neftə tələbatın artıb-azalması dünya bazarında bu məhsulun qiymətinə ciddi təsir göstərən amillərdən biridir. Bu baxımdan, dünyanın ikinci iqtisadiyyatına malik ölkənin neft idxalını azaltması bu məhsulun qiymətinin düşməsini şərtləndirə bilər.

Musavat.com

 

28.07.2022 13:23
536