Çində leysan: qatarların hərəkəti qismən dayandırılıb

Şimal-şərq Çində güclü yağışlar gətirən "Kanun" qasırğası səbəbindən sərnişin dəmir yolu xidməti qismən iflic vəziyyətinə düşüb.

Musavat.com xəbər verir ki, Çinin mərkəzi televiziyasının məlumatına görə, Pekin-Şenyan və Qinqdao-Şenyan marşrutları da daxil olmaqla, onlarla qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Bildirilir ki, Heyluncan əyaləti "yağış və daşqın üçün yüksək hazırlıq vəziyyətindədir". Səhər saatlarında bu əyalətdə altı çay və üç su anbarında suyun səviyyəsi kritik həddi keçib.

Musavat.com

 

13.08.2023 10:51
324