Avqust ayında Çində sənaye istehsalı keçən ilin eyni ayı ilə müqayisədə 4,5 faiz artıb.
Musavat.com xəbər verir ki, məlumatı Çin Milli Statistika İdarəsi (SSO) açıqlayıb.
Avqustda artım tempi iyuldakı 5,1 faizdən aşağı olub.
'Trading Economics" analitikləri göstəricinin 4,8 faiz olacağını gözləyirdilər.
Keçən ay emal sənayesindı istehsal 4,3 faiz artıb. Toxuculuq sənayesində 4,4 faiz, kimya sənayesində 5,9 faiz, neft-qaz sənayesində 4 faiz artım qeydə alınıb. Bundan əlavə, əlvan metalların istehsalı 6,6 faiz, kompüter və rabitə avadanlıqlarının istehsalı 11,3 faiz, avtomobillərin istehsalı 4,5 faiz artıb.
Yanvar-avqust aylarında sənaye istehsalının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artıb.
Statistika İdarəsinin məlumatına görə, ötən ay Çində pərakəndə satışlar illik müqayisədə 2,1 faiz artaraq 3,87 trilyon yuana (545,9 milyard dollar) çatıb. Bu göstəricidə ardıcıl olaraq on doqquzuncu ay artım qeydə alınıb.
Ekspertlər orta hesabla 2,5 faiz artım gözləyirdilər.
Avqustda geyim və ayaqqabı satışı 1,6 faiz, neft məhsulları 0,4 faiz, mebel 3,7 faiz, kosmetika 6,1 faiz, zərgərlik məmulatları 12 faiz, avtomobillər 7,3 faiz, tikinti materialları 6,7 faiz azalıb. Eyni zamanda ərzaq məhsullarının satışı 10,1 faiz, rabitə avadanlıqlarının satışı 14,8 faiz, məişət texnikasının satışı isə 3,4 faiz artıb.
Yanvar-avqust aylarında pərakəndə satışlar 3,9 faiz artaraq 31,25 trilyon yuana çatıb. Onlayn satışlar 8,9 faiz artıb.
Çində işsizlik iyul ayındaki 5,2 faizdən ötən ay 5,3 faizlə son altı ayın ən yüksək səviyyəsinə yüksəlib.
Yanvar-avqust aylarında işsizlik 2023-cü ilin eyni dövründəki 5,3faizə qarşı 5,2 faiz təşkil edib.
Səkkiz ay ərzində Çində əsas kapitala investisiyalar illik müqayisədə 3,4 faiz artaraq 32,94 trilyon yuana çatıb. Konsensus proqnozu 3.5 faiz artım idi. Eyni zamanda daşınmaz əmlaka investisiyalar 10,2 faiz azalıb.
Musavat.com