Çində fabrikdə baş verən yanğında 36 nəfər ölüb

Çinin Henan vilayətindəki fabrikdə baş verən yanğında ən azı 36 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə vilayət hökumətinin açıqlamasında bildirilib. Qeyd edilib ki, Anyan şəhərindəki yanğın nəticəsində 2 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb.

Noyabrın 21-də günorta saatlarında başlayan yanğın axşam saat 20:00 radələrində nəzarət altına alınıb.

Hazırda ərazidə axtarış işləri aparılır. Ölü və yaralı sayının artması istisna olunmur.

22.11.2022 09:05
364