Tayvan silahlı qüvvələri bir gün ərzində Çin ordusunun adaya yaxınlaşan 22 təyyarəsini və 5 gəmisini qeydə alıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 16 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın şimal və cənub-qərb hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.
Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.
Tayvan dövləti 1949-cu ildən generalissimus Çan Kay-Şinin (1887-1975) başçılıq etdiyi Qomindan qüvvələri ilə Çində gedən vətəndaş müharibəsində məğlub olduqdan sonra təsis olunub. Çan Kay Şidən sonra hakimiyyətə gələn qüvvələr adanın müstəqilliyini qoruyub saxlamaa yolu tutublar və hələ də ABŞ-nin himayəsindən yararlanaraq buna çalışırlar. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.
Çin bu il dəfələrlə öz hərbi qüvvələri ilə Tayvanın ətrafında dolanıb, ona təzyiq edib və adaya hücum etmək niyyətində olduğunu göstərib. Bu ölkəni birbaşa hücumdan çəkindirən yeganə amil ABŞ-nin Tayvanı hər vasitə ilə müdafiə etməsidir.
Musavat.com