Çin silkələndi

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,4 bal gücündə zəlzələ olub.

Musavat.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Çinin Korla şəhərindən 201 km cənub-qərbdə yerləşib.

Yeraltı təkanın ocağı 35 km dərinlikdə yerləşir. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Şahanə Rəhimli
Musacat.com

22.08.2024 07:59
314