Avropa İttifaqı diplomatiyasının rəhbəri vəzifəsinə namizəd Kaja Kallas Çini Avropa İttifaqının “sistem düşməni” hesab etdiyini və onun Rusiyanı dəstəklədiyinə görə daha yüksək bədəl ödəməli olduğunu deyib.
Musavat.com-un xəbərinə görə, o, Avropa Parlamentində keçirilən dinləmələrdə bildirib ki, son illərdə Çinin siyasəti dəyişib.
“İndi o, rəqib və sistemli rəqibdir”, - Kallas qeyd edib.
O bildirib ki, Aİ-nin Çindən asılılığını və Çinlə münasibətlərin risklərini azaltma zəruridir:
“Çinin dəstəyi olmadan Rusiya Ukraynadakı münaqişəni davam etdirə bilməyəcək, ona görə də Çin də öz siyasətinin artan bahasını hiss etməlidir”.
Kallasın Avropa İttifaqı diplomatiyasının rəhbəri vəzifəsinə namizədliyi Aİ-nin iyun ayında keçirilən sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səlahiyyətlərinin uzadılması ilə birlikdə razılaşdırılıb.
Musavat.com