May ayında Çin Rusiyadan gündəlik orta neft idxalını 2,1 milyon barelə qədər azaldıb ki, bu da aprel ayı ilə müqayisədə 6,8 faiz azdır.
Musavat.com “İnterfaks”a istinadən xəbər verir ki, ötən ay Rusiya Çinə apreldəki 9,26 milyon ton neftlə müqayisədə 8,91 milyon ton neft tədarük edib. Pekinin may ayında Rusiya neftinə xərcləri əvvəlki aydakı 5,7 milyard dollarla müqayisədə 5,2 milyard dollardan bir qədər çox olub.
Rusiya neftinin may ayında Çinə orta gündəlik ixracı bir ay əvvəlki 309 min tonla müqayisədə 287 min ton səviyyəsində olub.
Mayda Çinə ikinci ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı keçən ay, əksinə, tədarükləri artırmağa davam edib: apreldə sutkada 1,54 milyon bareldən may ayında sutkada 1,75 milyon barelə qədər. Krallıqdan Çinə tədarük edilən neftin ümumi həcmi 7,44 milyon ton (apreldə 6,34 milyon ton) təşkil edib və Çinin bunun üçün xərcləri təxminən 5 milyard dollar qiymətləndirilir.
Ümumilikdə, Çin apreldə 44,72 milyon ton və ya gündə 10,88 milyon barellə müqayisədə may ayında demək olar ki, 47 milyon ton və ya gündə 11,06 milyon barel neft idxal edib.
Musavat.com