“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi

Müharibənin taleyi Çindən asılıdır.

Musavat.com xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti, hazırda prezident Donald Trampın xüsusi nümayəndəsi olan Kit Kelloq Ukrayna müharibəsi ilə bağlı sərt açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın hazırkı mövqeyini qorumasında ən böyük pay Pekinə məxsusdur:
“Çinin dəstəyi olmadan Rusiya bunu edə bilməzdi. Əlbəttə, Şimali Koreya da var, amma Rusiya güclü vəziyyətdə olsaydı, minlərlə koreyalı hərbçini gətirməyə ehtiyac duymazdı”, – deyə Kelloq bildirib.

Diplomatın fikrincə, Çin Moskvanı dəstəkləməkdən imtina etsə, müharibə ən qısa zamanda başa çata bilər.

Musavat.com

14.09.2025 13:41
536