Çinin istehsalat satınalma menecerləri indeksi (PMI) avqustda 49,1-ə bəndə düşüb.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika İdarəsi (DSİ) məlumat yayıb.
Çin iqtisadiyyatı üçün mühüm göstəricilərdən bir olan bu indeks bir ay əvvəl 49,4 bənd təşkil etmişdi.
Göstərici 49,5 bəndə qədər artım proqnozlaşdıran Trading Economics analitikləri üçün gözlənilməz olub.
Qeyd edək ki, indeksin dəyərinin 50 baldan yuxarı olması sənaye sektorunda aktivliyin artmasını, aşağı olması isə zəifləməni göstərir. Göstərici dörd aydır ki, bu səviyyədən aşağıdır.
Keçən ay yeni sifarişlər alt indeksi iyulda 49,3 bənddən 48,9 bəndədək, məşğulluq 48,3 bənddən 48,1 bəndədək azalıb. Eyni zamanda ixrac satış göstəricisi 48,5 bənddən 48,7 bəndədək yüksəlib.
Sənayedə yaxın gələcək üçün nikbinliyi qiymətləndirən göstərici avqustda ardıcıl ikinci ay azalaraq iyuldakı 53,1 bəndə qarşı 52 bənd təşkil edib.
Çinin xidmət və tikinti PMI göstəricisi iyulda 50,2-dən keçən ay 50,3-ə yüksəlib. Bu göstərici iyirmi ay ardıcıl olaraq 50 bəndi keçib.
Lakin bu sektorlar üzrə nikbinlik göstəricisi 56,1 bənddən 55,3 bəndə düşüb.
Ümumi PMI əvvəlki aydakı 50,2 bəndlə müqayisədə avqust ayında 50,1 bənd (2022-ci ilin dekabrından bəri ən aşağı göstərici) səviyyəsinə düşüb.
Musavat.com