2024-cü ildə Çin müdafiə xərclərini 7,2% artıraraq 1,67 trilyon yuana (230,6 milyard dollar) çatdıracaq.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, Çin separatçı fəaliyyətlərə qətiyyətlə qarşı çıxacaq.
Bildirilib ki, Çin artıq 9-cu ildir ki, müdafiə xərclərini artırır. Belə ki, 2023-cü ildə Çin hərbi büdcəsini 7,2% artıraraq 1,55 trilyon yuana (təxminən 224,8 milyard dollar) çatdırıb.
Musavat.com