Çin düyada ilkə İMZA ATDI - VİDEO

Çin "eVTOL eHang EH 216" uçan taksi konseptini təqdim edib. Belə ki, Çin dünyada uçan taksiyə sertifikat verən ilk ölkə olub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, yeddi il ərzində mühəndislər prototipi sərnişin daşımağa tamamilə hazır olan taksiyə çevirib.

Qeyd olunub ki, uçan taksi Çin tənzimləyiciləri tərəfindən kommersiya əsasında daxili bazarda sərnişin daşımaları üçün sertifikatlaşdırılıb. Belə ki, taksi göyərtəsində iki sərnişinlə 130 km/saat sürətlə hərəkət edə bilir və təxminən 30 kilometr uçuş məsafəsinə malikdir.

Yeni model ölkənin müxtəlif yerlərində qısamüddətli turizm marşrutlarında 40 minə yaxın uğurlu sınaq uçuşu həyata keçirib.

Məlumata görə, elektrik hava taksisi klassik mühərrikli hər hansı bir təyyarədən daha təhlükəsiz hesab olunur. 

Musavat.com

19.10.2023 14:32
1776