Çin Avropaya donuz əti müharibəsi elan etdi: görün nəyə cavabdır!

Bu gündən Çin səlahiyyətliləri Avropa İttifaqından donuz əti idxalına qarşı antidempinq araşdırmasına başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çin Ticarət Nazirliyi yayıb.
Baxmayaraq ki, Çinə tədarük son illərdə həddindən artıq istehsal və aşağı qiymətlər səbəbindən azalır, hazırda Çin Avropa donuz əti istehsalçıları üçün ən böyük bazardır. Bloomberg xəbər verir ki, keçən il Çin Avropa İttifaqından əsasən İspaniya, Danimarka və Hollandiyadan 1,83 milyard dollar dəyərində donuz əti idxal edib.

Çin Ticarət Nazirliyinin qərarı, çox güman ki, bir sıra Çin istehsalçıları ilə bağlı Avropa tənzimləyiciləri tərəfindən aparılan araşdırmalara cavabdır.

Keçən həftə Avropa Komissiyası Çin elektromobillərinin Aİ-yə idxalına əlavə rüsumlar tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Davam edən təhqiqatın bir hissəsi olaraq, tənzimləyici Çində elektrikli nəqliyyat vasitələrinin dəyər zəncirinin iştirakçılarının ədalətsiz subsidiyalardan faydalandığı qənaətinə gəlib.

Musavat.com

17.06.2024 13:28
1712