Çin ABŞ nəhənginə qarşı qadağanı götürdü

ABŞ-ın aviasiya nəhəngi Boeing Co. gələn ay Çinə təyyarə tədarükünü bərpa edəcə.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu korporasiyanın baş icraçı direktor Kelly Ortberg deyib. Onun sözlərinəm görə, aprel ayında tədarüklər Pekinin tələbi ilə dayandırılıb.

Media xəbər verir ki, Çin rəsmiləri Vaşinqtonun başlatdığı ticarət müharibəsi səbəbindən yerli aviaşirkətlərə Boeing təyyarələrini qəbul etməyi dayandırmağı əmr edib.

Cenevrədə mayın 11-də əldə olunan razılaşmalardan sonra Çin şirkətlərindən qadağa götürülüb.

Baş direktorun dediyinə görə, Çinə tədarüklər iyundan başlayacaq. Ortberg həmçinin bildirib ki, Boeing bu il özünün ən populyar 737 Max təyyarələrinin istehsalını artırmağı planlaşdırır və bunun üçün Federal Aviasiya Administrasiyasının (FAA) təsdiqi tələb olunur.

Boeing ayda 38 təyyarə istehsal edir və FAA 2024-cü ilin yanvarında qapısı havada qopub düşən Alaska Airlines təyyarəsi ilə insidentdən sonra istehsalı artırmağı qadağan edib.

Ortberg bildirib ki, Boeing 737 Max təyyarələrinin istehsalını ilin ortalarına qədər ayda 42-yə, bu ilin sonuna qədər isə ayda 47-yə çatdıra bilərlər.

Musavat.com

29.05.2025 21:35
305