Aktrisa Çimnaz Sultanova son paylaşımı ilə gündəmə səs salıb.
Aktrisa uzun müddətdir, gizli saxladığı həyat yoldaşı ilə birgə çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sultanova bildirib ki, xaricdə yaşayan iş adamı, həyat yoldaşı ilə evliliklərinin il dönümüdür.
Kadrlarda Çimnaz ərinin yalnız əllərini göstərib, üzünü isə gizlədib. Aktrisa paylaşımına “Hər şey mənim əlimdədir, əlimdə olmayan ayaqlarımda. Bütün bunlar sənin sayəndədir, “generalım”, sağ ol, mələyim, uzun illər mənə dözdüyün, qayğıma qaldığın üçün və övladlarımız haqqında bütün kaprizlərimi yerinə yetirirsən və məni hər şeylə əyləndirirsən. Sən dünyanın ən yaxşı ər və atasısan. Toyumuz, sevgimiz və ailəmizin ildönümü mübarək” sözlərini yazıb.
Qeyd edək ki, Çimnaz Sultanova müsahibələrində evli olduğunu bildirsə də, həyat yoldaşını və övladını mediadan gizli saxlayır. (bizimmedia)