Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx 24-25° isti olacaq.

17.06.2023 09:40
510