Çilidə güclü zəlzələ oldu

Çilidə 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Kopyapo şəhərindən 139 km şimal-qərbdə baş verib.

Zəlzələ ocağı 35 km dərinlikdə yerləşib.

Hadisə nəticəsində hər hansı xəsarət və ya dağıntı qeydə alınmayıb. Sunami təhlükəsi elan olunmayıb.

 

Musavat.com

18.02.2025 22:51
621