Çikaqoda həftəsonu silahlı insidentlərdə 14 nəfər güllələnib 

ABŞ-nin Çikaqo şəhərində bu həftəsonu baş verən silahlı insidentlərdə ümumilikdə 14 nəfər güllələnib, onlardan 4-ü ölüb.

“Report” xəbər verir ki, bu barədə “ABC7”nin Çikaqo xidməti məlumat yayıb.

Bildirilib ki, ümumilikdə şəhərin 4 müxtəlif yerində atəş açılıb.

Kanal xatırladıb ki, ötən həftəsonunda Çikaqoda silahlı insidentlərdə 42 nəfər güllələnib, onlardan 7-si ölüb.

10.09.2023 08:26
301