Ciddədə ABŞ-Rusiya danışıqları keçiriləcək - TARİX AÇIQLANDI

Ukraynada atəşkəsin təfərrüatları bazar günü Ciddədə müzakirə olunacaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff "Fox News"a deyib:

"Əlbəttə, bəzi detalları işləməliyik, müzakirə bazar günü Ciddədə başlayacaq".

ABŞ prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, Amerika tərəfini ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və dövlət katibi Marko Rubio təmsil edəcək.

Musavat.com

19.03.2025 08:05
409