“ChatGPT” çatbotunun istifadəçiləri süni intellektin “tənbəllik” əlamətlərini göstərməyə başladığından, sorğulara cavab verməkdən imtina etməsindən və ya daha ləng və daha az dəqiqliklə işləməsindən şikayətləniblər.
“OpenAI”nin tərtibatçıları problemi təsdiqləyiblər, lakin bunun nə ilə əlaqəli olduğunu bilmirlər.
Tərtibatçılar iddia edirlər ki, sonuncu süni intellekt yeniləməsi noyabrın 11-də həyata keçirilib və şikayətlər yalnız bir müddət sonra gəlməyə başlayıb. Bu onu göstərir ki, çatbotun davranışındakı dəyişikliklər tərtibatçıların son hərəkətlərinin nəticəsi deyil və öz-özünə baş verir.
“ChatGPT” yaradıcıları hesab edirlər ki, süni intellekt davranışındakı dəyişikliklər çox kiçikdir və yalnız bəzi sorğulara təsir edir. Onlar xəbərdarlıq ediblər ki, bütün səbəbləri müəyyən etmək və problemi düzəltmək üçün vaxt lazım ola bilər. Şirkət problemi həll etmək üçün fəal şəkildə həll yolları axtarır, lakin indiyə qədər effektiv üsul və ya ən azı müvəqqəti həll yolu tapılmayıb. (Oxu.az)