Amerikanın “OpenAI” şirkəti ABŞ-ın Kaliforniya ştatının Federal Məhkəməsində İlon Maska qarşı əks iddia qaldırıb.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, şirkət özünün kommersiyalaşdırma prosesunin Maskın gələcəkdə “hər hansı qanunsuz və ədalətsiz hərəkətlərindən” qorunmasını tələb edib.
ChatGPT chatbotunun arxasında duran şirkətin açıqlamasında qeyd olunur ki, Mask "media hücumları, X sosial media platformasında 200 milyondan çox izləyiciyə yayımlanan zərərli kampaniyalar vasitəsilə OpenAI-a zərər vermək üçün əlində olan hər vasitəni sınaqdan keçirib". OpenAI milyarderin “vurduğu ziyana görə cavabdeh olmasını” tələb edib.
Bundan əvvəl Kaliforniya məhkəməsi Maskın OpenAI və onun rəhbəri Sem Altmana qarşı şirkətin kommersiyalaşdırılması ilə bağlı iddiasını rədd etmişdi. Məhkəmə iddiasına görə, iddiaçı iddialarını "əsaslandıra bilməyib", buna görə də OpenAI-nin kommersiya təşkilatına çevrilməsinin qarşısını almaq üçün hüquqi tədbirlər rədd edilməlidir.
Mask 2024-cü ilin martında OpenAI və Altmana qarşı iddia qaldırıb. SpaceX-in qurucusu OpenAI-nin Amerika texnologiya nəhəngi Microsoft tərəfindən dəstəklənən mənfəət məqsədi ilə kommersiya təşkilatına çevrilməsinə qarşıdır. Bu, milyarderin fikrincə, Maskın həmtəsisçi kimi imzaladığı 2015-ci il müqavilə razılaşmasına ziddir.
Mask və Altman, İlya Sutskever, Greg Brockman və başqaları ilə birlikdə OpenAI-ni 2015-ci ilin dekabrında təsis ediblər. Mask şirkətin direktorlar şurasının üzvü olub, 2018-ci ildə oradan ayrılıb. 2023-cü ilin yazında o, xAI adlı süni intellekt startapını qurub.
Musavat.com