"Cəzalarını son günə qədər CƏKƏCƏKLƏR!" - Bakı sakinləri həbsdəki separatçılara OD PÜSKÜRDÜ

Noyabr ayında Bakıda keçiriləcək möhtəşəm COP-29 tədbiri ərəfəsində ermənilər həbsdə olan separatçıların “qaçırılması ssenarisi” üzərində müzakirələr aparır.

Ümumiyyətlə, Ermənistanda bu mövzu son dövrlər intensiv şəkildə gündəmə gətirilir.

Təbii ki, burada "qaçırılma planı” dedikdə beynəlxalq təzyiq nəzərdə tutulur. Hədəf rəsmi Bakıya beynəlxalq təzyiqi gücləndirmək, nəticədə separatçıları sərbəst buraxmasına məcbur etməkdir.

Bəs Azərbaycan beynəlxalq təzyiqlərə görə həmin seperatçıları azad etməli, yoxsa bütün bunlara əhəmiyyət verməyərək, öz yoluna davam etməlidirmi?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

09.09.2024 19:12
476