Ceyranbatan su kanalında batan şəxsin kimliyi bilindi

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

2011-ci il təvəllüdlü İ.Ə. ehtiyatsızlıqdan kanala yıxılıb.

Onun axtarışları davam etdirilir. (Report)

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

20.04.2024 18:12
963