CeyLo Ben Afflekin evində - FOTOLAR

Müğənni Cennifer Lopez boşandığı həyat yoldaşı Ben Afflekin evinə yollanıb.

Onun görüntülərini “Hola” yayıb. Müğənni Ben Affleki ad günü münasibətilə təbrik etmək üçün onun evinə yollanıb.

O, cəmi 30 dəqiqə orada qalıb.

Xatırladaq ki, bir müddət əvvəl məhkəməyə müraciət edən cütlüyün artıq boşandığı bildirilir.

Cütlük 18 illik münasibətlərindən sonra 2022-ci ildə evliliklərini rəsmiləşdirmişdi. (Axşam.az)

18.08.2024 14:14
994