Ceyhun Musaoğluya vəzifə verildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan köhnə adı Azərsu ASC olan hazırkı İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin yeni mətbuat xidmətinin rəhbəri təyin olunub.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu vəzifəyə (Vətəndaş müracitlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri ) jurnalist Ceyhun Musaoğlu təyinat alıb.

Müvafiq əmr bu gün imzalanıb.

Ceyhun Musaoğlu vəzifəsinin icrasına başlayıb.//Bakıvaxtı.az

04.07.2024 15:24
1346