Ceyhun Hüseynova YÜKSƏK VƏZİFƏ verildi 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri dəyişib.

"Report"un Cənub bürosunun məlumatına görə, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.

Əmrə əsasən, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Şakir Məcid oğlu Quliyev tutduğu vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə həmin vəzifə Ceyhun Həsən oğlu Hüseynova həvalə olunub.

05.07.2023 18:04
1614