Ceyhun Əsgərov SON DURUMUNU Musavat.com-a açıqladı - 3-4 gün...

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Salatın Əsgərovanın jurnalist oğlu Ceyhun Əsgərovun səhhətində dünəndən problem yaranıb.

C.Əsgərov bu səhər Kliniki Tibbi Mərkəzin Təcili Yardım şöbəsindən Toksikologiya şöbəsinə köçürülüb.

O, Musavat.com-a açıqlamasında vəziyyətinin kafi olduğunu bildirib.

Sözügedən şöbədə 3-4 gün müalicə almaq istədiyini vurğulayıb.

Qeyd edək ki, Ceyhun Əsgərov bir müddətdir içki asılılığından əziyyət çəkir. Bu səbəblə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Aytən Novruz,
Musavat.com

12.03.2025 09:29
1821