Ceyhun Bayramovdan pakistanlı həmkarına Laçın təşəkkürü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Dara təşəkkürünü ifadə edib.

Musavat.com xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Əziz qardaşım İshaq Dar, səni Laçında görməkdən böyük məmnunluq duydum. Azərbaycan, Türkiyə və Pakistan arasında keçirilən tarixi Üçtərəfli Zirvə çərçivəsində, 28 May — Müstəqillik Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak etdiyiniz və bizə qoşulduğunuz üçün səmimi təşəkkür edirəm. Yaşasın qardaşlığımız, dostluğumuz və birliyimiz!" – Bayramov paylaşımında qeyd edib. 

 

Musavat.com

Screenshot_2.png (17 KB)

28.05.2025 23:04
420