Ceyhun Bayramov Türkiyədə albaniyalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Albaniyanın xarici işlər naziri İqli Hasani ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Görüş zamanı ölkələr arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

02.03.2024 13:26
301