Ceyhun Bayramov Pakistana getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

29.05.2024 16:30
475