Ceyhun Bayramov “Minalara son!” dedi

“Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında yazıb.

“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

08.10.2022 20:19
853