Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı olub.

Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələlərini üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

20.07.2022 18:51
212