Ceyhun Bayramov kral III Çarlzla görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş nazirin Birləşmiş Krallığa səfəri çərçivəsində baş tutub.

Xatırladaq ki, Ceyhun Bayramov Birləşmiş Krallıqda keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edir.

21.06.2023 21:01
810