Ceyhun Bayramov Hakan Fidanı təbrik etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı xarici işlər naziri vəzifəsinə təyin olunması ilə bağlı təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb.

“Qardaş Türkiyənin yeni xarici işlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram! Azərbaycan-Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm”, - deyə o bildirib.

Musavat.com

04.06.2023 01:00
700