Ceyhun Bayramov Ermənistanın törətdiyi vəhşiliklərdən DANIŞDI

"İkinci Qarabağ müharibəsi zamanı Bərdə və Gəncəni raket atəşinə tutmaqla Ermənistan Xocalıdan sonra da Azərbaycanın dinc əhalisinə qarşı vəhşiliklər törətməkdə davam edib”.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

XİN rəhbəri vurğulayıb ki, Azərbaycandan fərqli olaraq Ermənistan münasibətlərin normallaşdırılması prosesini pozmaqda davam edir: “Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, seçdiyi yolu dəyişməli və işğalçı siyasətindən əl çəkməlidir”.

Musavat.com

24.02.2023 17:16
386